Əmr eylə komandanım, hücuma hazıram mən
Ölçü:

İslam ƏZİMOV,
savaş qazisi

Çatıb qana-qan günü,nifrətim dəlir daşı,
İllərdi gözləyirəm bu anı,bu savaşı
Sinəmdən güllə alsam,qoy axmasın göz yaşı
Qarabağdan ötəri qurbanam,nəzirəm mən!
Əmr eylə,komandanım,hücuma hazıram mən!

Qisas nə məşvərətə,nə də dözümə baxmır
Həddi yox hiddətimin,səbrim sözümə baxmır.
Məni qınayır bacım,anam üzümə baxmır,
Dişim dilimi kəsir,bu sayaq dözürəm mən!
Əmr eylə,komandanım,hücuma hazıram mən!

Fərqi yoxdur:haralı,ya kimin oğluyam mən,
Daş yonanın,suçunun,həkimin oğluyam mən
Nə fərqi-Kəlbəcərin,Şəkinin oğluyam mən?!
Mənimkidir bu Vətən, qoynunda gəzirəm mən
Əmr eylə,komandanım,hücuma hazıram mən!

Qarşıdakı savaşdan zəfər ilə çıxmağa
Xalqımın üzünə dik,alnı açıq baxmağa
Üçrəngli bayrağını Topxanaya baxmağa
And içirəm! Bu andı qanımla yazaram mən!
Əmr eylə, komandanım,hücuma hazıram mən!

P.S. Müəllifin bu şeiri türk dərgilərində ən çox oxucu sayı qazanmış şeirdir.

21.07.2019 23:22:00
Oxuma sayı: 163