Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir
Ölçü:


Bu gün Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilir.

Koordinat.az
xəbər verir ki, yerli vaxtla saat 08.00-da seçki məntəqələri açılıb və səsvermə başlayıb. Səsvermə saat 20.00-da başa çatacaq.

Seçkilərdə 24 partiya və birmandatlı dairələrdən 3 min 220 namizəd iştirak edir. Deputatların yarısı proporsional, yarısı majoritar dairələrdən seçiləcək. Parlamentdə təmsil olunmaq üçün partiyaların 5 faizlik baryeri keçməsi lazımdır.
21.07.2019 10:12:00
Oxuma sayı: 44