2 273 namizəd məktəb direktoru olmağa iddialıdır
Ölçü:


Azərbaycanda direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, 3 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Müsabiqənin növbəti mərhələsi-test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.

20.07.2019 17:50:00
Oxuma sayı: 65