Pənah Hüseyndən Leyla Yunusa “Ağılsız köpək” dedi
Ölçü:


“Leyla Yunus qoy zindandan şanlı məktublarının xəcalətini çəksin!”

Koordinat.az xəbər verir ki, bunu keçmiş baş nazir Pənah Hüseyn Avropada yaşayan hüquq müdafiəçisi Leyla Yunusun mərhum prezident Əbülfəz Elçibəy haqqında iddialarına münasibət bildirərkən qeyd edib. O sosial şəbəkə hesabında paylaşdığı fikirlərində bunları diqqətə çatdırıb.

“Leyla Yunus Sevinc Osmanqızının efirində Elçibəyin arxasınca danışıb. Qadınla hətta söz savaşına çıxmaq, onlara münasibətdə kobud söz işlətmək mənim adətimdə yoxdu və heç xoşlamıram. Şəxsən özüm haqqında Leyla Yunusun nə dediyi maraqlı deyil. Lakin söhbət Elçibəydən getdiyinə görə həqiqətən ağılsız köpəklər (və ya onun dişi variantı) ulduza hürəri xatırlatmaya bilmərəm”-deyə Phüseyn bildirib.

O, daha sonra əlavə edib: “Eyni zamanda müəyyən dairələrin bu mövzuda gündəm yaratmaq cəhdi də açıq aydın hiss olunur və dostlara tövsiyə edərdim bu barədə də düşünsünlər”.

Qeyd edək ki, hazırda Avropada yaşayan Leyla Yunus Sevinc Osmanqızının sosial şəbəkədəki canlı yayımı vasitəsi ilə Ə.Elçibəyi “KQB” agenti adlandırıb.

20.07.2019 12:42:00
Oxuma sayı: 85