Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı
Ölçü:



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi artırılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi 76-dan 77-yə qaldırılıb.
19.07.2019 18:04:00
Oxuma sayı: 38