“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək
Ölçü:

Bir neçə gündən sonra paytaxt Bakı daha bir mötəbər idman yarışına – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

Koordinat.az xəbər verir ki, iyulun 21-də start götürəcək festivalda 48 ölkədən 3900 atlet idmanın 10 növü üzrə mübarizə aparacaq. Azərbaycanı Bakı-2019-da atletika, cüdo, güləş, gimnastika, velosiped idmanı, voleybol, basketbol, həndbol, tennis və üzgüçülük yarışlarında 122 idmançı təmsil edəcək.

Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil olan cüdo yarışlarında komandamız 12 (8 oğlan, 4 qız) idmançı ilə qüvvəsini sınayacaq. Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.
Festivalda iştirak edəcək cüdoçular arasında “Judo Club 2012”nin üzvü Hüseyn Məmmədov (+90 kq) da yer alıb. Klubun istedadlı yetirməsi Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.
Məlumat üçün qeyd edək ki, Bakı-2019-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.
19.07.2019 12:05:00
Oxuma sayı: 95