3 ay ərzində 47 nəfər ilansancmasından müraciət edib
Ölçü:



Azərbaycanda aprel ayından bugünədək 47 nəfər tərəfindən gürzə ilanın sancması ilə bağlı müraciət daxil olub.

Bunu Koordinat.az-a açıqlamasında Bakı Şəhər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinin baş həkimi, baş toksikoloq Azər Maqsudov bildirib.

Baş həkim qeyd edib ki, iyul atında müraciət edənlər 11 nəfər təşkil edib:

“Müarciət edənlərdən 2 nəfəri uşaq, 9 nəfəri böyüklərdir. Hazırda müraciət edənlərdən 3 nəfərin vəziyyəti stabilləşsə də, müalicələri xəstəxana şəraitində davam etdirilir. Bir neçə gün sonra evə yazılacaqlar”.

A.Maqsudovun sözlərinə görə, bu il ərzində ilansancmasından ölüm faktı qeydə alınmayıb.

Baş toksikoloq deyib ki, indiyədək 4 qara qurd, 7 əqrəb sancması ilə bağlı müraciət daxil olub.

Qeyd edək ki, bu ilin aprelində 6 nəfər, mayında 14 nəfər ilansancması ilə Bakı Şəhər Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsi müraciət edib. Beləliklə, 3 ay ərzində ilan sancması ilə müraciət edənlərin sayı 31-ə çatıb.
19.07.2019 15:26:00
Oxuma sayı: 30