Polisin ölümü ilə bağlı ilə bağı cinayət işi açıldı
Ölçü:


Ötən gün Sumqayıt şəhərində polis əməkdaşının meyitinin tapılması faktı ilə bağı cinayət işi başlanıb.
Koordinat.az xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı, 1995-ci il təvəllüdlü Rəhman Hüseynlinin xidməti otağında meyiti tapılıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyənləşib. Fakt üzrə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
19.07.2019 13:20:00
Oxuma sayı: 40