Azərbaycanda 23 nəfəri gün vurub
Ölçü:



Bu mövsümdə Təcili Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 23 çağırış daxil olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, həmin şəxslərdən 10-u qadın, 13-ü kişi olub:

“Ümumi günvuranlardan 2 nəfərini uşaqlar təşkil edib. Müraciət edənlərin 15 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib”.

19.07.2019 11:20:00
Oxuma sayı: 42