Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Ölçü:



Şəkidə avtobus qəzaya uğrayıb.

Koordinat.az
Trend-ə istinadən bildirir ki, hadisə Şəkinin Kiş kəndində baş verib.

Məlumata görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.
16.07.2019 18:26:00
Oxuma sayı: 41