Şəkidə xəsarət alanlardan 2 nəfərin vəziyyəti orta-ağırdır
Ölçü:


Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısındakı çinarın budaqlarının aşması nətiəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir. Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.

16.07.2019 14:18:53
Oxuma sayı: 36