Bir ayda Şəki Xan Sarayına 24021 turist gedib
Ölçü:

Şəki Xan Sarayını ziyarət edənlərlə bağlı statistika açıqlanıb.

Koordinat.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə iyun ayında Şəki Xan Sarayında 24021 ziyarətçinin getdiyini deyib. Onun Modern.az-a bildirdiyinə görə, ziyarətçilərdən 8800 - xarici ölkələrin vətəndaşları, 15 221 nəfəri isə Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, iyulun 7-də Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

16.07.2019 12:53:00
Oxuma sayı: 46