Nazir xidmət rəisini vəzifəsindən azad etdi
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

Koordinat.az
xəbər verir ki, o, öz ərizəsi əsasında işdən çıxarılıb. E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrılıb.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
16.07.2019 11:07:00
Oxuma sayı: 32