Azərbaycanın məhsul ixracı və idxalı azalır
Ölçü:


2019-cu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 994 milyon 659 min dollar təşkil edib.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir. Qeyd olunur ki, idxal əməliyyatları üzrə 7 milyard 15 milyon 633 min dollar, ixrac əməliyyatları üzrə 9 milyard 979 milyon 26 min dollar ticarət aparılıb və 2 milyard 963 milyon 393 min dollar müsbət saldo yaranıb.

İyunda ixrac 1 milyard 358 milyon 136 min dollar, idxal 1 milyard 180 milyon 200 min dollar, müsbət saldo isə 177 milyon 936 min dollar təşkil edib.

Xatırladaq ki, may ayında ixrac 1 milyard 531 milyon 180 min dollar, idxal 1 milyard 283 milyon 871 min dollar, müsbət saldo isə 247 milyon 308 min dollar təşkil etmişdi. Aprel ayı ilə müqayisədə may ayında da Azərbaycanın ixracı və idxalı azalmışdı.
16.07.2019 09:53:00
Oxuma sayı: 95