Şəki Xan Sarayında xəsarət alan turist öldü
Ölçü:


Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Xatirə Ağamalıyeva xəstəxanaya sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu ilə yerləşdirilmişdi.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Hadisə zamanı 19 nəfər xəsarət alıb.

15.07.2019 21:04:00
Oxuma sayı: 70