Putin və Lukaşenko görüşəcəklər
Ölçü:



Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş baş tutacaq.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

İki ölkə lideri arasında görüş iyulun 17-də Sankt-Peterburqda keçiriləcək. İyulun 18-də isə V.Putin və A.Lukaşenko Rusiya və Belarus regionlarının forumu çərçivəsində keçirilən plenar sessiyada iştirak edəcəklər.

Qeyd edək ki, Rusiya və Belarus regionlarının VI forumu iyulun 16-dan 18-dək davam edəcək.
15.07.2019 16:22:00
Oxuma sayı: 37