İranın sonuncu şahının oğlu: "ABŞ İran xalqını dəstəkləməlidir"
Ölçü:


"ABŞ şirkətləri texnoloji sahədə olan məhdudiyyətləri aradan qaldıraraq İran xalqını dəstəkləməlidir".

Koordinat.az
xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi “Röyter”ə açıqlamasında deyib: “İran xalqı öz müqəddəratını təyin etməkdə haqlıdır. ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının bu yöndə səyləri olduqca uğurludur”.

Pəhləvi həmçinin İran lideri Həsən Ruhanini ikiüzlülükdə ittiham edib: “Boş sözlərdən, vədlərdən daha çox konkret addımlara ehtiyacımız var”.

Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlayıb. İğtişaşlar nəticəsində 30-a yaxın insan həlak olub.
04.01.2018 19:28:14
Oxuma sayı: 544