Baş konsul: “15 iyulda türk xalqı dövlətçiliyə sadiqlik nümayiş etdirdi”
Ölçü:



2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin üçüncü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib.

Tədbirdə, çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk bildirib ki, 15 iyulda türk xalqı dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirib.

Həmin tarixdə 250-dən artıq insanın şəhid olduğunu xatırladan baş konsulun sözlərinə görə, 2000 mindən artıq insan xəsarət alıb.

Sonda 15 iyulda baş verən hadisələrdən bəhs olunan video-çarx nümayiş olunub.

15.07.2019 15:04:00
Oxuma sayı: 70