Bakı sirkinin yeni binası tikiləcək
Ölçü:



Bakıda yeni sirkin binasının inşa olunacağı ilə mədəniyyət naziri Əbülfəz Qarayev bir neçə ay öncə açıqlama vermişdi.

Koordinat.az
xəbər verir ki, Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Modern.az-a açıqlamasında yeni sirklə bağlı planların konkret olmadığını açıqlayıb.

“Yeni sirk binasının inşası ilə bağlı hələki bizə bir məlumat verməyiblər.  Sadəcə cənab nazir hardasa 2 ay bundan öncə jurnalistlərlə söhbət əsnasında bildirin ki, yeni sirk binasının yaranmasına ehtiyac var. Çünki hazırda fəaliyyətdə olan sirk köhnəlib, biz istəyirik ki, müasir bina fəaliyyət göstərsin. Əgər yeni bina inşa ediləcəksə, konkret ünvan olaraq  harda olacağı da  bəlli deyil.  Ola bilər ki, öz yerində də inşa olunsun”.
15.07.2019 13:11:00
Oxuma sayı: 128