Azərbaycan vətəndaşı Rusiyada təcridxanada ölüb
Rusiyanın Naberejnı Çelnı şəhərinin miqrantların saxlanma təcridxanasında 55 yaşlı Azərbaycan vətəndaşı dünyasını dəyişib.
Koordinat.az KazanFirst-ə istinadən xəbər verir ki, ölümündən əvvəl o, qarnındakı dəhşətli ağrılardan şikayət edib.
Azərbaycan vətəndaşı bu günlərdə vətəninə deportasiya ediləcəkdi.
15.07.2019 11:30:00
Oxuma sayı: 87