FHN helikopterləri Şəkidə yaralananları Bakıya gətirəcək
Ölçü:



Şəkidə Xan Sarayında külək nəticəsində aşan çinarın insanları üzərinə düşməsi nəticəsində xəstəxanaya 19 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Koordinat.az-a verilən son məlumata görə, onlardan 4 nəfərin vəziyyəti ağırdır:

"Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazır vəziyyətə gətirilib. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları hadisə yerinə cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar helikopterlər vasitəsilə paytaxta gətiriləcəklər".

Rəsmi məlumata görə, digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır.
14.07.2019 14:37:00
Oxuma sayı: 245