İsrailli nazirdən sensasion açıqlama:"İranla bizim aramızda birbaşa müharibə olacaq, bu, qaçılmazdır...
Ölçü:


İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi dünən bəyan edib ki, İsrail yaxın iki il ərzində İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlaşır.

İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Xaneqbi deyib: “İranla hərbi qarşıdurmanın olması ehtimalı müharibənin olmaması ehtimalından daha yüksəkdir”.

O vurğulayıb ki, bu, yalnız zaman məsələsidir. Tsaxi Xaneqbi açıq şəkildə bəyan edib ki, İsraillə İran arasında gərgin münasibətlər çoxdan bəri “proksi müharibədən birbaşa münaqişəyə keçib”.

“Bizimlə (İsraillə – red.) İran arasında birbaşa müharibə olacaq. Bu qaçılmazdır”, – israilli nazir əminliklə deyib.

O ki qaldı mümkün müharibənin səbəblərinə, Xaneqbi Suriyanı yada salıb və bildirib ki, İsrail İran qüvvələrinin bu ölkəyə köçürülməsinə yol verə bilməz.

“Əks halda, sərhədlərimizin bilavasitə yaxınlığında terrorçu krallıq olacaq”, – Xaneqbi qeyd edib.
14.07.2019 13:00:00
Oxuma sayı: 225