Gəncədə silah-sursat tapıldı
Ölçü:



Tereşkova qəsəbəsi ərazisində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Koordinat.az -a verilən məlumata görə, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Tereşkova qəsəbəsi ərazisindən 1 ədəd “F-1” markalı qumbara, 3 ədəd qumbara alışdırıcısı, 6 ədəd fişəng, 2 ədəd patron darağı və 120 ədəd müxtəlif çaplı patron tapılıb.
Araşdırma aparılır.
12.07.2019 15:45:00
Oxuma sayı: 110