Avtomobil ağaca çırpıldı, sərnişin öldü
Ölçü:


Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Koordinat.az -a verilən məlumata görə, iyulun 11-də saat 23 radələrində Qızılavar kəndi ərazisində Bədəlan kənd sakini N.Cavadov idarə etdiyi “İsuzu” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sərnişinlərdən Cavid Əhmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.

12.07.2019 14:46:00
Oxuma sayı: 226