Deputat sakinlərin problemlərini dinlədi
Ölçü:



Deputat Novruz Aslanov iyulun 11-də İsmayıllı rayonuna növbəti səfərini edib.

Koordinat.az
xəbər verir ki, rayonun Xankəndi, Bizlan kəndində və Basqal qəsəbəsində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb. Basqalda keçirilən görüşdə millət vəkili dövlət tərəfindən qəsəbə üçün həyata keçirilən layihələrdən, sənətkarlıq ənənələrinin, tarixi abidələrin qorunması sahəsindəki işlərdən söhbət açıb, Basqalın Tarix-mədəniyyət qoruğu olduğunu bird aha bildirib.

Xankəndi, Bizlanda qəbula gələn sakinlər əsasən sosial problemlər barədə deputata müraciətlər ediblər. Millət vəkili əlaqədar qurumlara bu problemlər barədə məlumat veriləcəyini bildirib.

12.07.2019 09:52:00
Oxuma sayı: 15