Qarabağ düyünü: ATƏT-ə sədrlik edən İtalyadan gözləntilər
Ölçü:


Yanvarın 1-dən ATƏT-ə sədrlik İtaliyaya keçib.

Bəs, Roma Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirə bilərmi? İ

Koordinat.az
politoloq Elxan Şahininoğlunun bununla bağlı şərhini oxuculara təqdim edir:
"İtaliya rəsmiləri və XİN Qarabağla məşğul olacaqlarını artıq açıqlayıblar. Ancaq bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlər səsləndiriblər. Yaxın keçmişdə ATƏT-ə sədrlik edən Qazaxıstan və Almaniyadan daha çox fəallıq umurduq. Alınmadı. Əlbəttə, Astana bəlkə də hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdi. Ancaq ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, nə qədər fəal olsan da o birilərdən səs çıxmasa nəticə olmayacaq. Əsas söz sahibi isə böyük dövlətlərdir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün heç nə etmirlər.

Tutaq ki, İtaliya münaqişənin həlli məqsədilə “mərhələli həll” planının qəbulunu vacib saydı, ancaq Ermənistan “yox” deyəndən və Kreml həmin “yox”u gizli və açıq şəkildə dəstəklədikdən sonra Roma nə edə biləcək? ATƏT Minsk Qrupunun ilk illərdə sədrlərindən biri məhz italiyalı deputat və diplomat Mario Rafaelli idi. O da münaqişənin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması gərəkliyini bildirirdi. O vaxtdan 25 il keçib, dəyişən bir şey yoxdur".
04.01.2018 14:13:13
Oxuma sayı: 834