İranda etirazlar başa çatıb - rəsmi açıqlama
Ölçü:


İran İslam İnqilabının Mühafizə Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ölkədə qaranlıq dövrün bitdiyini elan edib.


Koordinat.az
xəbər verir ki, komandan etirazçılarnı sayının 15 min nəfəri keçmədiyini xatırladıb: “2017-ci il təxribatının sonlandığını elan edirəm. Etirazçıların sayı az olub və 15 min nəfəri keçməyib”.

Cəfəri deyib  ki, ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin İrana qarşı təxribat hazırlanıb. O, ölkə ərazisinə sızmalı olan terrorçu qrupun partlayışlar planlaşdırdığını da xatırladıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-də başlayıb. Aksiyaların ilk keçirildiyi yer Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərləri olub. Dekabrın 29-da etirazlar Tehranda və Təbrizə də sıçrayıb. Aksiya iştirakçıları küçələrə axışaraq qiymət artımı, işsizliyə etirazlarını bildirirlər. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Ölənlərin sayı 20-ni ötüb, 500-ə yaxın insan isə saxlanılıb.

İranın ali dini lideri Əli Xameneini baş verən hadisələrdə ölkənin düşmənlərinin əli olduğunu qeyd edib.

 
04.01.2018 13:23:51
Oxuma sayı: 104