Azərbaycanda ağır qəza: maşın ağaca çırpıldı, sərnişin öldü
Ölçü:


Ağdaş rayonunda ölümlə nəticələnən hadisə qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Koordinat.az -a verilən məlumata görə, hadisə iyulun 9-da saat 12 radələrində baş verib. Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində Ağdam rayon sakini Z.Əmirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sərnişinlər, həmyerlisi Ramin Mehralıyev və Mingəçevir şəhər sakini Ə.Quliyev xəstəxanaya yerləşdirilib. R.Mehralıyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

10.07.2019 16:50:00
Oxuma sayı: 17