ADY: Bakı-Ağstafa sürət qatarı ləğv edilir
Ölçü:



İyulun 15-dən Bakı–Ağstafa sürət qatarı ləğv ediləcək.

Bu barədə  Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qurum qərarını hərəkət qrafikinin optimallaşdırılması ilə izah edib. Sərnişinlər bundan sonra ölkənin qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər.



09.07.2019 17:50:00
Oxuma sayı: 323