Azərbaycanın 1,5 milyard ton neft, 2,550 trilyon kubmetr qaz ehtiyatı var
Ölçü:


Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2,550 trilyon kubmetr həcmindədir.

Koordinat.az
xəbər verir ki, bubu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika” qəzetində dərc olunan məqaləsində bildirib. O qeyd edib ki, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3,450 trln. kubmetrdir: "Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,050 mlrd. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5,450 mlrd. tondur. Beləliklə, ümumi karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 mlrd. ton həcmində qiymətləndirilir”.

04.01.2018 11:39:00
Oxuma sayı: 2916