3 deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı
Ölçü:


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Koordinat.az xəbər verir ki, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Modern.az-ın yaydığı məlumata görə, AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlardan biri Elxan Süleymanovdur. Müslüm Məmmədov və Elşən Musayev də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılıb.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi.

Qeyd edək ki, 77 yaşlı Elxan Süleymanov son zamanlar nə Milli Məclisin komitə iclaslarına, nə də iclaslara qatılırdı. Həm yaşı, həm də səhhəti nəzərə alınaraq, o, nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılıb.

04.01.2018 11:46:54
Oxuma sayı: 165