36 tibb işçisinin diplomu saxta çıxıb
Ölçü:


“Ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”.

Koordinat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, aşkarlanan saxta diplomların əksər hissəsi orta tibb ixtisası təhsil müəssisələri (tibb kollecləri) tərəfindən verilənlərdir.

Sektor müdiri əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur. Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan saxta diplomların 10 faizi xarici ölkələrdə oxuyub geri qayıdan şəxslərə aiddir.
04.01.2018 11:26:04
Oxuma sayı: 915