Abdullah Gül: “Türkiyə Avropa İttifaqına güzəştə getməməlidir”
Ölçü:


Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir.

Koordinat.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Prezidenti Abdullah Gül deyib. Təşkilatla danışıqları dayandırmağa çağıran A.Gül qeyd edib ki, ilk növbədə, Ankara Aİ-yə daxil olmaq üçün keçirilməli olan islahatın xalqa nə dərəcədə faydalı olduğuna diqqət yetirməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın deyil, Aİ-nin Türkiyənin təşkilata daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün ilk addım atacağını bildirib.

Dövlət başçısı deyib ki, ölkənin Aİ-yə daxil edilməməsindən Ankara heç nə itirməyəcək.
09.11.2017 14:32:00
Oxuma sayı: 1159