Beynəlxalq agentlik: "Bu il neftin qiyməti 40-60 dollar arasında dəyişəcək"
Ölçü:


Dünya birjalarında neft bahalaşıb.

Koordinat.az
xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51 dollar və ya 0,83% artaraq 62,14 dollar təşkil edib. ICE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,47% artaraq 68,16 dollar olub.

“Moody-s” analitikləri qeyd edir ki, bu il neft hasilatının artması gözlənilir. Mütəxəssislər bildirir ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı anlaşmasının 2018-ci ilin sonuna qədər uzadılmasına baxmayaraq, bu il neftin 1 barelinin qiyməti 40-60 dollar arasında dəyişməsi təxmin edilir.
04.01.2018 10:56:00
Oxuma sayı: 963