Ermənistanın xarici işlər naziri Qarabağa gəlir
Ölçü:



Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 4-də işğal altındakı Dağlıq Qarabağa səfər edəcək.

Koordinat.az “Armenpress” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan mətbuat konfransında deyib.

Ermənistan xarici işlər naziri qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyan, Milli Assambleyasının prezidenti Aşot Qulyan və xarici işlər naziri Masis Mayilyanla görüşəcək.

03.07.2019 14:14:00
Oxuma sayı: 242