Ukraynaya 350 milyon dollarlıq hərbi yardım olunacaq
Ölçü:


ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.

Koordinat.az xəbər verir ki, bu barədə TASS agentliyinə Senatdakı mənbəyə istinadən məlumat yayıb.

“Bəli, bu, son rəqəmdir. Ukraynaya hərbi yardımla bağlı təklif Senat və Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq”, deyə mənbə bildirib.

Qeyd edək ki, hərbi yardımın verilməsi ilə bağlı yekun qərar Dövlət Departamenti və Pentaqon tərəfindən verilməlidir/APA.
09.11.2017 11:17:00
Oxuma sayı: 265