Azərbaycanda iki dərman zavodu tikilir
Ölçü:


Azərbaycanda iki dərman zavodunun tikilməsi ilə bağlı işlər davam etdirilir.

Koordinat.az
xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O, bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir.

Nazir müavininin sözlərinə görə, zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək.

Qeyd edək ki, dərman zavodları Pirallahı Sənaye Parkında tikilir.
03.07.2019 10:37:05
Oxuma sayı: 172