Moskvadan açıq mesaj: Qarabağ münaqişəsini ATƏT yox, Rusiya, Türkiyə və İran həll etməlidir
Ölçü:


“ATƏT-in Minsk qrupu danışıqların əsas formatı olmalı deyil”.  

Koordinat.az
xəbər verir ki, bu barədə rusiyalı ekspert, Moskvadakı Avrasiya İqtisadi İnstitutunun direktoru Vladimir Lepexin bildirib. Onun fikrincə, həmsədr ölkələrdən yalnız Rusiya münaqişənin həllində maraqlıdır: “ATƏT-in Minsk qrupu danışıqların əsas formatı olmalı deyil. Çünki Rusiyadan başqa, orada heç bir ölkə münaqişənin həllində maraqlı deyil. Minsk qrupunun təklif etdiyi əsas təklif bölgəyə BMT və NATO-nun sülhməramlılarının yerləşdirilməsidir”.

Rusiyalı ekspert münaqişədə format dəyişikliyinin vacib olduğunu bildirib: “Regionda baş verən dəyişiklikləri nəzərə alsaq, Türkiyə və İran özləri haqda önəmli mesajlar verdilər. Hazırda regional təhlükəsizlik İran, Türkiyə və Rusiyadan asılıdır. Ona görə münaqişənin həllini bu ölkələrin vasitəçiliyində görmək lazımdır. Türkiyə Azərbaycanla bağlı razılaşmaların, Rusiya isə Ermənistanla bağlı razılaşmaların təminatçıası olacaq”.
02.07.2019 11:09:00
Oxuma sayı: 224