Rəsmi Bakı: "Danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir"
Ölçü:


"Xarici İşlər naziri Elmar Məmmədyarovun dediklərini  anlamamaq və bu deyiləndən nəticə çıxarmamaq Ermənistan tərəfinin danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır fikrini bir daha təsdiq edir”.

Bu barədə Koordinat.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.  O bildirib ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqton görüşünün nəticələri ilə bağlı KİV nümayəndələrinin sualını cavablandırarkən qeyd edib ki, münaqişənin tərəfləri qismində Ermənistan və Azərbaycan tərəfləri istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan prinsipləri və ya “Lavrov planı” adlandırılan sənəd olsun bunlar üzrə danışıqlar apararkən də təmas xəttində gərginliklər olub. Bununla belə substantiv və intensiv dialoq davam etdirilirdi: “Yəni, danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir.. Xatırladırıq ki, cəbhə xəttindəki gərginliyin səbəbi məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur və bu gərginliyə son qoymaq üçün danışıqlar prosesi substantiv məsələlərin həlli üzrə irəli aparılmalıdır; bu qədər! Ermənistan tərəfinin məntiqi ilə Düşənbə görüşündən sonra əldə edilmiş qarşılıqlı razılıq əsasında cəbhə bölgəsindəki nisbi sakitlik dövründə biz danışıqlarda konkret nəticələr əldə etməli idik, lakin hər şey göz qabağındadır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf konkret nəticəyə yönəlik danışıqlardan yayınmaq üçün bəhanə axtarmamalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Ermənistan tərəfindən bizim və beynəlxalq ictimaiyyətin gözləntisi bundan ibarətdir”.

28.06.2019 17:17:00
Oxuma sayı: 102