Tramp Putinlə görüşdəki vəziyyəti “Oskar” mərasiminə bənzədib
Ölçü:


ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşü ətrafında yaranan vəziyyəti zarafatla “Oskar” mükafatının təqdimetmə mərasiminə bənzədib.

Koordinat.az
xəbər verir ki, Amerika və Rusiya mətbuatının nümayəndələri danışıqların getdiyi otaqdan bütün mümkün vasitələrlə canlı yayım aparıblar. Onların səs-küyü prezidentlərin səsini eşidilməz edib. Jurnalistlər prezidentlərin giriş sözlərindən həm əvvəl, həm də sonra suallar verir, protokol çəkilişindən sonra isə nümayəndə heyətlərinin xahişlərinə baxmayaraq, uzun müddət danışıq otağını tərk etmək istəmirdilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 28-də Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşüb. Prezidentlər 1 saat 20 dəqiqə davam edən danışıqlar zamanı Moskva və Vaşinqtonun silahlanmaya nəzarət modeli barədə müzakirələri davam etdirməsi barədə razılığa gəliblər.
28.06.2019 17:07:00
Oxuma sayı: 263