Cavid Qurbanov: "Rusiya da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula bilər" - MÜSAHİBƏ

Koordinat.az Cavid Qurbanovun “Milli Məclis” jurnalına müsahibəsini təqdim edir:
- Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin siyasi, iqtisadi səmərə, sürət və vaxt tezliyi baxımından rəqabətliliyini necə dəyərləndirirsiniz?
- Müasir dövrdə nəqliyyat Azərbaycanın iqtisadi siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının tapşırıqları sayəsində son illər ərzində bu sahəyə irihəcmli investisiyalar yatırılaraq, burada əsl dönüş yaratmaq mümkün olub. Azərbay can yaxın perspektivdə iri tranzit və logistik mərkəzə çevriləcək. Bu məqsədlə ölkədə avtomobil, dəmir yolu, su və hava nəqliyyat növlərinin ümumi inkişafını təmin edəcək strateji proqramlar hazırlana raq tətbiq olunur. Bunun sayəsində Azərbaycanın tranzit ölkə kimi cəlbediciliyi və nəqliyyat sahəsində rəqabətliliyi artacaq. Bu isə əlavə investisiyaların yatırılmasına, yeni istehsalat sahələrinin və iş yerlərinin açılmasına, ticarətin, ümumiyyətlə, biznesin inkişafına şərait yaradacaq.
Bildiyiniz kimi, Azərbaycan Pre zidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu və son dövrün ən iri nəqliyyat infrastruktur layihələrindən sayılan Bakı-Tbilisi-Qars də mir yolunun tikintisi artıq yekun laşdırılıb və oktyabrın 30-da yeni xəttin istismara verilməsi mərasimi keçirilib. Bu dəmir yolu xətti Avropa ilə Asiya arasında daşınmalarda böyük əhəmiyyətə malikdir. Layihənin tarixi İpək Yolu üzərində qu rulması region ölkələri üçün onun cəlbediciliyini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gür cüstan və Türkiyə əlaqələrini, əməkdaşlığını möhkəmləndirməklə, yanaşı Avropa ilə Asiya arasında yükdaşımalar sistemində mal dövriyyəsinin artmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında qardaşlığın, döv lətlərarası münasibətlərin və ticarətin inkişafı baxımından təkcə daşımalar sistemində deyil, həm də Avrasiya qitəsində sənaye və kənd təsərrüfatının, gəmiçiliyin, dəmir yolu sənayesinin və maşınqayırmanın yüksəlişi üçün, eləcə də biznes və məşğulluq sahəsində də xüsusi təsirə malikdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Yükdaşımaların həcmi 3-cü istismar ilində 3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, 10-cu istismar ilində isə 10 milyon ton və daha çox proqnozlaşdırılır. 2034-cü ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı ehtimal olunur.
Bakı-Tbilisi-Qars dəmiryolu “Şərq-Qərb” nəqliyyat dəhlizində yükdaşımaların qiymətini aşağı salacaq, malların çatdırılma müddətini qısaldacaq. Bu yol hesabına yükləri Çinin şərq əyalətlərindən Türkiyəyə qədər 15-20 günə nəql etmək mümkündür. Alternativ dəniz yolları ilə bu rəqəm 40-45 gün təşkil edir.
Bundan başqa Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı asanlaşacaq. Eyni zamanda, Əfqanıstanın da imkanları unudulmamalıdır. Qərb geoloqları tərəfindən bir neçə il öncə bu ölkədə nəhəng həcmdə, ümumi dəyəri bir trilyon dollara bərabər dəmir, qızıl, mis, kobalt və molibden ehtiyatları aşkarlanmış dır. Bu amili belə istisna etdikdə, dəhlizin effektivliyi yenə də qiymətli olaraq qalır.
Heç şübhə yoxdur ki, bu layihənin imkanlarından qonşu Rusiyanın da istifadə etməsi reallığa yaxın ehtimaldır. Bu, ilk növbədə Rusiya ilə Türkiyə arasında son zamanlar kəskin artan xarici ticarət dövriyyəsi ilə əlaqədardır. Məlumdur ki, hazırda bu iki ölkə arasında dəmiryolu bağlantısı yoxdur. Bu layihə isə həmin bağlantıları Azərbaycan üzərindən gerçəkləşdirə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu həmçinin Türkiyənin Mersin limanı vasitəsi ilə Aralıq dənizi regionuna çıxışı təmin edir. Bu da öz növbəsində layihənin əlavə üstünlüklərindəndir.
Azərbaycan isə Bakı-TbilisiQars dəmir yolu vasitəsi ilə Türkiyə ilə birbaşa dəmiryolu əlaqəsi yaratmaqla iki dövlət arasında olan münasibətləri daha da möhkəmləndirəcək. Bu layihə Naxçıvan Muxtar Respublikasını blokadadan çıxararaq onun nəqliyyat müstəqilliyinin təmin edilməsin də də vacib amillərdəndir. Belə ki, Ermənistanın Azərbaycana məlum təcavüzü nəticəsində paytaxt Bakını Naxçıvanla birləşdirən quru nəqliyyat kommunikasiyaları bağlanmışdır. Ona görə də Azər baycan hökuməti Astara-Rəşt-Naxçıvan dəmiryolunun inşasına maraq göstərməklə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə bağlı Qarsdan Naxçıvana ayrıca bir dəmir yolu qolunun çəkilməsini növbəti bir plan kimi nəzərdən keçirir. Bununla da Naxçıvan Muxtar Respublikasının nəqliyyat problemi tam həll ediləcək.
Beləliklə, Avropa ilə Asiya arasında daşımalarda yekun bənd sayılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır və Azərbaycan xal qı bundan sonra uzun illər ərzində bu qlobal layihədən faydalanacaq, gələcək nəsillər onun bəhrəsini görəcəklər.
- Cavid müəllim, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri hansı mərhələdədir?
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasın da ölkəmizdə, eyni zamanda, “Şi mal-Cənub” nəqliyyat dəhlizinin inkişafı istiqamətində önəmli addımlar atılır. Azərbaycan, Rusiya və İran dövlət başçılarının 2016- 2017-ci illərdə keçirdikləri üçtərəfli görüşlər, eyni zamanda, aparılan ikitərəfli danışıqlar, orada müzakirə olunan məsələlər və qəbul edilən qərarlar birbaşa “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizininin kişafına təsir göstərir.
2016-cı il fevralın 23-də Azər baycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respub likasına səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti ara sında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişi və bu sazişlə birbaşa əlaqəsi olan “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında “Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında” Müqavilə imzalanıb. Əldə edilən ikitərəfli razılığa əsasən iri infrastruktur layihəsinə - Azərbaycan və İran dəmir yollarının birləş dirilməsinə dair işlərə start verildi. İlkin mərhələdə Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında dəmiryolunun və iki dövlət sərhədində dəmir yolu körpüsünün inşasına başlanılıb.
Təməli 2016-cı il aprelin 20-də qoyulan Astara çayı üzərində 82,5 metr uzunluğu, 8 metr hündürlüyü və 11,8 metr eni olan körpünün tikintisi də tam yekunlaşdırılıb. Bununla yanaşı Azərbaycanın Astara stansiyasından İran sərhədinə qədər 8,5 km əsas yol, 7,52 km stansiyadaxili yollar, ümumilikdə isə 16 km-dən artıq dəmir yolunun tikintisi tam başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisində bütün işlər artıq tamamlanıb, yəni bütün infrastruktur hazırdır.
Bu gün İran tərəfində 1,4 km-lik dəmir yolunun və İran ərazisində yerləşən Astara stansiyasının bina sının inşa işləri aparılır ki, bunların da 2017-ci il dekabrın sonlarında tamamlanacağı nəzərdə tutulur. Elə həmin tarixdə ilk yük qatarının Azərbaycandan İrana yola salınması planlaşdırılır.
Astara-Astara dəmir yolunun inşası başa çatdıqdan sonra Azərbaycanla İran arasında tranzit yüklərin daşınması hər iki tərəf üçün asanlaşacaq. Bundan əlavə iki ölkənin dəmir yollarını tam birləşdirmək məqsədi ilə 167 km-lik Astara-Rəşt dəmir yolunun inşasına start verilməlidir. Bu işlər Azərbaycan hökumətinin ayırdığı kredit hesabına həyata keçiriləcək. Bü tün işlər yekunlaşandan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq.
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin dinamik inkişaf edən, böyük iqtisadi töhfələr vəd edən qurumudur. Ümumiyyətlə, rəhbərlik etdiyiniz idarədə son illər aparılan islahatlar hansı nailiyyətlərin əldə olunmasına gətirib çıxardı?
- Prezident İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və gös tərişləri nəticəsində son illər respublikamızın ərazisində mövcud olan dəmir yollarının inkişaf etdirilməsi və beynəlxalq standartlar əsasında rəqabətə davamlı vəziyyətə gətirilməsi istiqamətində böyük işlər görülmüş, həmçinin dəmiryolu sistemində bir sıra iri layihələr həyata keçirilmiş, ölkəmizin tranzit potensialının gücləndirilməsində məqsədyönlü və uğurlu addımlar atılmışdır. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hərəkət heyətinin yenilənməsi, sərnişin və yük daşımalarında operativliyin və təhlükəsizliyin təmin olunması, xidmət keyfiyyətinin beynəlxalq standartlar əsasında yüksəldilməsi, daxili institusional sistemin təkmilləşdirilməsi, habelə ölkənin idxal-ixrac potensialının artırılması istiqamətində bir sıra layihələr icra edilməkdədir.
Bu gün Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2910 km təşkil edir ki, onun da 60%-i elekt rikləşdirilmiş yoldur. Dəmir yollar avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz olunub. Azərbaycan dəmir yollarında yenilənmə prosesinin vacib hissəsi olan infrastruktur əsaslı təmir edilir və yeni dəmir yolları tikilir. Bu işlər çərçivəsində yolların üst quruluşunun və elektrik təchizatı sisteminin yenidən qurulması, işarəvermə və rabitə sistemlərinin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş dispetçer ida rəetmə sisteminin yaradılması həyata keçirilir.
Azərbaycan dəmir yollarında hərəkət tərkibinin yenilənməsinə dair çoxtərəfli işlər aparılır. Yük vaqon parkının 60%-i yenilənib. Eyni ilə lokomotiv parkın yeni dənqurulması məqsədi ilə yeni elektrovoz və teplovozlar alınıb ki, onların arasında Fransanın “Alstom” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozlar da var. Bununla yanaşı Bakı-Sumqayıt sürət qatarı, habelə Naxçıvan-Təbriz-Məşhəd qatarı istifadəyə verilib, bütün müvafiq infrastruktur şəbəkəsi qurulub.
Ölkə rəhbəri İlham Əliyev cənabları tərəfindən vətəndaş və insan məmnunluğunun təmini məqsədilə formalaşdırılmış və dünya səviyyəsində tanınmış bir brendə çevrilmiş ASAN innovativ sistemi çərçivəsində dəmir yollarında mühüm islahatlar həyata keçirilmişdir. Belə ki, 2016-cı ildə cənab Prezidentin açılış mərasimində iştirak etdiyi “ASAN qatar” istifadəyə verilmişdir. Bununla da insanların məmnunluğunun təmin edilməsi istiqamətində daha bir innovativliyə nail olunmuş, regionlarda əhalinin mövcud tələbatlarının ödənilməsi prosesi asanlaşdırılmışdır.
2015-2016-cı illərdə cəmiyyətin yerləşdiyi inzibati bina əsaslı təmir edilmiş, Bakı Sərnişin Vağzalının binası, eləcə də bölgələrdə 18 dəmiryol vağzalı əsaslı təmir olunaraq yenidən qurulmuş, müasir standartlara cavab verən və insanların məmnunluğunu təmin edən səviyyəyə çatdırılmışdır. Atılmış uğurlu addımların davamı olaraq, sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə biletlərin “onlayn” satışına başlanılmışdır.
Yük daşımalarına gəldikdə isə bu sahədə sifarişlərin “onlayn” şəkildə verilməsi və tariflərin “on layn” hesablanması işləri icra olunmuşdur. Bu innovativ tədbir də öz növbəsində dəmir yolları ilə yük daşımalarının həcminin artmasına təkan verəcəkdir. Hazırda “ADY” QSC-də yük daşımalarının idarə olunması üzrə “ADY SMART” adlı avtomatlaşdırılmış idarəetmə sistemi yaradılıb. Sistem vasitəsi ilə yüklərin nəqlində, yükləmə-boşaltma əməliyyatlarında vaxt itkisinin azaldılması, hərəkət heyəti nin stansiyalarda durma müddətinin minimuma endirilməsi, məlumatların operativ mübadiləsi, analitik hesabatların hazırlanması və digər əməliyyatları tez və rahat həyata keçirmək olur.
Bu işlərlə eyni vaxtda Azərbaycan dəmir yollarında idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə dünyada özünü doğruldan “Oracle ERP” sisteminin tətbiqinə başlanılıb. Bununla maliyyə nəzarəti və gəlir-xərclərin optimallaşdırılması mümkündür. Azərbaycanın tranzit potensialının artırılması məqsədi ilə “Azərbaycan Dəmir Yolları” QSC tərə findən ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm addımlar atılıb.
- Regionlara və Bakı kəndlərinə sürət qatarlarının işləməsi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə hansı işlərin görülməsi planlaşdırılır?
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2015-ci il sentyabrın 12-də 84 km uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Həmin sürət qa tarı qısa müddət ərzində böyük populyarlıq qazanıb. Ötən dövr ərzində bu qatardan artıq 2 milyondan çox vətəndaşımız istifadə edib. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı Bakı-Sumqayıt magistral avtomobil yolunda tıxacların azalmasına şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızda sürət qatarları marşrutlarının genişləndirilməsi istiqamətində işlər görülür. Hazırda 98 km uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunda təmir işləri aparılır ki, bunun nəticəsində də Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin ixtiyarına veriləcək. Bundan başqa Bakı-Gəncə sürət qatarının da 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
İşlər bununla bitmir. Artıq Bakı və Abşeron şəhərətrafı elektrik qatarlarının hərəkəti nin bərpası ilə bağlı bir sıra tədbirlər görülür. Bakı-Bakıxanov-Zirə, Bakı-Zabrat-Bağlar, Bakı-Yeni Suraxanı-Hövsan, Bakı-Yeni Suraxanı-Hava limanı marşrutları üzrə sürət qatarlarının istifadəyə verilməsi ilə bağlı ilkin mərhələdə tələb olunan texniki işlər həyata keçirilir.
Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədi ilə dəmir yolu infrastrukturunun genişləndirilməsi tələbinə uyğun “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ölkəmizin turizm mərkəzlərinə sərnişin daşımalarının həyata keçirilməsi üçün texniki əsaslandırmalar artıq hazırlanıb. Gələcəkdə Bakı-Ləki-Qəbələ və Bakı-Xudat-Şahdağ dəmir yollarının tikintisi aparılaraq bu istiqamətlərdə də sürətli qatarların istismara veriləcəyi nəzərdə tutulub.
31.12.2017 12:23:24
Oxuma sayı: 4697