DİN Əli Kərimliyə rəsmi xəbərdarlıq edib
Ölçü:


Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimliyə xəbərdarlıq edilməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a  verilən məlumatda qeyd olunur ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

28.06.2019 15:41:00
Oxuma sayı: 94