Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti uzadıldı
Ölçü:


Avropa İttifaqı (Aİ) rəsmi olaraq Rusiyaya qarşı müddəti iyul ayının 31-də başa çatacaq iqtisadi sanksiyaları altı aylığa uzadıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, bu qərar iyunun 20-21-də keçirilmiş Aİ sammitində Rusiyaya qarşı sanksiyaların tətbiqinə səbəb olan Ukraynadakı münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarının həyata keçirilməsi məsələsinin müzakirəsindən sonra qəbul olunub.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı sanksiyaların tətbiqinə 2014-cü ildə başlayıb. Məhdudlaşdırıcı tədbirlər dəfələrlə genişləndirilib və uzadılıb. Vizasız rejim və əməkdaşlıqla bağlı yeni baza razılaşması barədə müzakirələr dayandırılıb, Rusiya rəsmiləri üçün Aİ ölkələrinə girişə qadağa qoyulub və onların aktivləri dondurulub, ticarət, maliyyə və hərbi xarakterli məhdudlaşdırıcı tədbirlər tətbiq edilib/Report.

27.06.2019 18:03:00
Oxuma sayı: 89