Qüdrət Həsənquliyev: "Hüquqi islahatlar dərinləşdirilməlidir"
Ölçü:


““Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik nəticəsində Ali Məhkəmə sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin vəzifə maaşına uyğunlaşdırılır”.

Koordinat.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. O, deyib ki, hakimlərin maddi təminatı daha da yaxşılaşdırılaraq, onlara məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqı, 2 aylıq əməkhaqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur: “Bu qanun layihəsi Prezidentin müvafiq fərmanının icrasından irəli gəlir”.

Deputat Qüdrət Həsənquliyev isə hüquq-mühafizə orqanları əməkdaşlarının əməkhaqlarının artırıldığını, prokurorluq orqanlarının əməkdaşlarının da maaşlarının artırılmasının vacib olduğunu bildirib:
"Mən hər zaman demişəm ki, korrupsiyaya qarşı efektli mübarizə aparmaq üçün ilk növbədə dövlət hakimiyyət orqanlarının təmsilçilərinə onların maddi təminatını təmin edəcək qədər əməkhaqqı verilməlidir. Yəni proses bununla başlamalıdır. Prezidentin 3 aprel 2019-cu il tarixli fərmanında da qeyd olunur ki, ölkədə hüquqi islahatlar dərinləşdirilməlidir. Hüquqi islahatların dərinləşdirilməsi istiqamətində işlər təkcə əmək haqqının artıılması ilə bitməməlidir. Biz çalışmalıyıq ki, ölkədə hüquqi mədəniyyətin yüksəlməsi üçün maarifçilik işi ilə məşğul olaq”.

Q.Həsənquliyev ardınca televiziyaların hüquqi maarifləndirmə işləri ilə bağlı Qərb ölkələrinin təcrübəsindən yararlanmağı zəruri saydı: “Qərb ölkələri hüquqi maarifləndirmə ilə bağlı seriyallar çəkirlər. İnsanlar həm o seriyallara baxıb əylənirlər, həm də hüquqi biliklərə yiyələnirlər”.
27.06.2019 17:02:00
Oxuma sayı: 99