Hökumətə çağırış: “Azərbaycan Beynəlxalq Bankını tez özəlləşdirin"
Ölçü:


“Biz hökumətə tövsiyə edirik ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsini tezliklə başa çatdırsın”.

Koordinat.az
xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib. O həmçinin qeyd edib ki, təmsil etdiyi qurum hökumətin bununla bağlı addımlarını dəstəkləyir: “Heç bir ölkədə dövlət bankının özəlləşdirilməsi asan başa gəlmir. Hazırda beynəlxalq ekspertlərin dəstəyi ilə ABB-nin sağlamlaşdırılması və özəlləşdirilməsi həyata keçirilir və biz bunu dəstəkləyirik. Bu məsələnin yekunlaşdırılması bank sektorunda rəqabət mühitini gücləndirəcək”. 
27.06.2019 16:23:00
Oxuma sayı: 109