Sığorta bazarında canlanma
Ölçü:


2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319,3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93,8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.           

Koordinat.az
Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 212,7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106,6 milyon manat, ödənişlər isə 29,8 milyon manat olub.

2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66,6 faizi könüllü, 33,4 faizi  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  68,3 faizi könüllü, 31,7 faizi icbari sığorta növləri hesabına formalaşıb.
25.06.2019 17:24:00
Oxuma sayı: 93