Sosial mənzillərin krayə ilə satışı xidməti istifadəyə verildi
Ölçü:


İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemini istifadəyə verilib. Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə də elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını nəzərdə tutur. Yeni sistem əhalinin Fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.

İpoteka və Kredit Zəmanət Fondundan Koordinat.az-a bildirildi ki, hazırda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda bu istiqamət üzrə də elektron xidmətlərin əhalinin istifadəsinə verilməsi təmin ediləcək.

Bu sistemin işə düşməsi ilə Azərbaycanda ev ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahibi olmaq üçün imkan yaradılacaq. İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək. Bu mexanizm ilk növbədə, həm ilkin ödəniş etmək imkanı olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsinə yetməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.

25.06.2019 17:06:00
Oxuma sayı: 283