Tramp 8 ölkənin dövlət başçısı ilə görüşəcək
Ölçü:


Osakada iyunun 28-29-da keçiriləcək G20 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp 8 ölkənin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb. Məlumata görə, həmin görüşlər sırasında ABŞ dövlət başçısı türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla danışıqlar aparacaq. Bu görüşdə iki ölkə arasındakı münasibətlərə dair müxtəlif məsələlərlə bərabər, Rusiya istehsalı “S-400” raket sistemlərinin Türkiyə tərəfindən ixracı məsələsi də müzakirə olunacaq.

Xatırladaq ki, ABŞ Administrasiyası Türkiyə tərəfini adıçəkilən silahları satın almaq niyyətindən çəkindirməyə çalışaraq hətta Türkiyəni “F-35” qırıcı təyyarələri yaradılması proqramından kənarlaşdıracaqlarını bildirib. Buna baxmayaraq, Türkiyə hökuməti “S-400”ləri almaq qərarlarının qəti olduğunu qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl raketlərin iyul ayının birinci yarısından tədarük ediləcəyini açıqlamışdı
25.06.2019 16:17:00
Oxuma sayı: 113