Kəlbəcərdən olan şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib - FOTOLAR
Ölçü:


"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun tapşırığına əsasən, Kəlbəcər rayonundan olan şəhid, Qarabağ müharibəsi veteranları və aztəminatlı ailələrlə görüş keçirilib.

Koordinat.az xəbər verir ki, görüşdə millət vəkilinin nümayəndəsi Həbib Misirov Cavid Qurbanovun 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn 2018-ci il münasibəti ilə bayram təbriklərini çatdırıb. Kəlbəcərlilərin sosial problemlərinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən millət vəkilinin nümayəndəsi bildirib ki, belə görüşlərin kecirilməsi, bu qəbildən olan insanlara göstərilən diqqət və qayğı prezident İlham Əliyevin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindəndir.

Görüşdə çıxış edənlər keçirilən tədbirin aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildiriblər. Onlar Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında öz doğma torpaqlarına qayıdaçaqlarına əminlik ifadə ediblər.

29.12.2017 19:41:00
Oxuma sayı: 13300