ABŞ-dan Rusiyaya qarşı 4,6 milyard dollar ayırdı
Ölçü:


ABŞ Konqresinin hər iki Palatası Rusiyanın Avropada qarşısının alınması üçün 4,6 milyard dollar ayırmaq qərarına gəlib.

Koordinat.az xəbər verir ki, bu barədə Senatın Silahlı qüvvələr üzrə komitəsinin saytında bildirilir. Məlumata görə, dövlət büdcəsindən Pentaqona ayrılan maliyyə vəsaitləri ABŞ-ın Avropada mövqeyinin gücləndirilməsinə yönəldiləcək. O cümlədən Baltikyanı ölkələrin müdafiə qabiliyyətinin artırılmasına 100 milyon dollar xərclənə bilər. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək.

Bundan əvvəl ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər/APA.
AddThis Sharing Buttons
Share to WhatsAppShare to FacebookShare to Facebook MessengerShare to TwitterShare to Google+Share to E-PoçtShare to Çap et
09.11.2017 11:30:52
Oxuma sayı: 1891